Uşaq həftənin 5 günü 8:00 – dan 20:00 – dək yaşına uyğun olaraq qruplarda təlim – tərbiyə prosesinə cəlb olunur. Bağçada 5 dəfə qidalanır və 5 dəfədən çox müxtəlif məktəbə hazırlıq, idrak, mədəni – estetik, nitq, fiziki və sosial-emosional inkişafetdirici və xarici dil proqramlarına uyğun məşğələlərə qoşulur, müxtəlif əyləncə, istirahət xarakterli tədbirlərdə iştirak edir.
Bağçamızın əsas məqsədi uşaqların fiziki və psixoloji, həmçinin intellektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və intellektual gələcək nəsil formalaşdırmaqdır.