Haqqımızda

“Yuvam” uşaq bağçasında uşaqlar həftənin 5 günü 8:00 – dan 20:00 – dək yaşına uyğun olaraq qruplarda təlim – tərbiyə prosesinə cəlb olunur. Bağçada 5 dəfə qidalanır və 5 dəfədən çox idrak, mədəni – estetik, nitq, fiziki və sosial-emosional inkişafetdirici, məktəbə hazırlıq və xarici dil proqramlarına uyğun məşğələlərə qoşulur, müxtəlif əyləncə, istirahət xarakterli tədbirlərdə iştirak edir.

Bağçamızın əsas məqsədi uşaqların fiziki və psixoloji, həmçinin intellektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və intellektual gələcək nəsil formalaşdırmaqdır.

“Yuvam” uşaq bağçasında tədris qrupları 2 dildə – rus və Azərbaycan dillərində təşkil olunur. Bağça 2 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Məşğələlər 20 nəfərlik qruplarda keçirilir. Qruplarda uşaqlarla işi tərbiyəçi, müəllimə və dayə həyata keçirir.

Niyə “Yuvam” uşaq bağçası?

Uşağa Fərdi İnkişaf Planı Əsaslı Yanaşma
Gündə 12 Saatlıq, Həftədə 6 Günlük Xidmət
Onlayn Müşahidə Kameraları və Nəqliyyat Xidməti
Sanitar – Gigiyenik Vəziyyətin Davamlı Yaxşılaşdırılması (Dezinfeksiya Tədbirləri)
Gündəlik Tibbi Nəzarət və Pediatr Müayinəsi
Valideynlər üçün Həftəlik Tədris və Fəaliyyət Hesabatı
Rüblük Uşaq İnkişafı Qiymətləndirilməsi
Peşəkar İşçi Heyəti və Davamlı Onların Təkmilləşdirilməsi
Uşaqların Ehtiyaclarına Fərdi Yanaşma
Xüsusi Təhlükəsizlik Tədbirləri
İldə 125 növlük Yemək Menyusu

9:00 – Səhər Yeməyi, 11:00 – Meyvə Vaxtı, 13:00 – Nahar Yeməyi, 15:30 – Çay saatı, 17:00 – Axşam Yeməyi təmin edilir. Bağçada istirahət vaxtı gündə 1 dəfə olmaqla, 13:30 – dan 15:00 – dək həyata keçirilir.

Biz həftənin 5 günü 8:00 – dan 20:00 – dək fəaliyyət göstəririk.

“Yuvam” uşaq bağçasında mütəmadi olaraq peşəkar PAOS şirkəti tərəfindən dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri həyata keçirilir.  (və ya bagcam.az saytındakı kimi ayrıca bölməylə şirkətin saytına kliklənsin)

Onlayn müşahidə kameraları  vasitəsilə bağçamızın təhlükəsizliyi təmin olunur. Əziz valideynlər, Siz müşahidə kameraları ilə, həmçinin övladınızın bağçadakı fəaliyyətini də izləyə biləcəksiniz.

X